Dumanlı "Hörmüz": Üç mümkün ssenari | ŞƏRH
Onun fikrincə, daha kəskin risk ssenarisi də var: İran “qeyri-düşmən gəmi” formulunu daha da sərtləşdirir və keçiddə faktiki olaraq siyasi filtr tətbiq edir. Bu halda boğaz hüquqi olaraq tam bağlanmamış görünəcək, amma kommersiya baxımından yarıblokada rejimi formalaşacaq. Hazırda ən real təhlükə məhz budur. Keçid tam sıfır deyil, davamlı qeyri-müəyyənlik və bahalı keçid olacaq.
Ən aşağı ehtimallı, amma ən ağır nəticəli ssenari isə apreldə daha geniş regional eskalasiyadır. Bu halda neft bazarı sadəcə qiymət şoku yox, fiziki çatdırılma böhranına doğru gedəcək. Ekspert bunu əsas ssenari saymasa da, etiraf edir ki, bazarın qiymətində bu risk artıq hiss olunur.
"Əlqərəz, yekun proqnozum budur ki, Hörmüz boğazının aqibəti “tam açılma” ilə “tam bağlanma” arasında qalacaq, amma yaxın perspektivdə onun əvvəlki kimi normal, ucuz və proqnozlaşdırılan tranzit dəhlizi kimi işləməsi çətin görünür. Daha inandırıcı ssenari odur ki, aprel boyunca boğaz qismən işləyəcək, lakin siyasi icazə, sığorta, təhlükəsizlik və hərbi risklər səbəbindən bazara tam rahatlıq verməyəcək. Başqa sözlə, boğazın aqibətini “tam blokada yox, uzanan nəzarətli qeyri-normallıq” kimi görürəm",- Eldəniz Əmirov fikirlərini yekunlaşdırıb.
Teqlər: Hörmüz







Vaxtında, Aydın, Lazımlı!


